Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda yeni layihə - Yarımada xəstəlikdən azad zonaya çevriləcək

17.05.2019 14:31 2 033
Abşeronda yeni layihə - Yarımada xəstəlikdən azad zonaya çevriləcək
Abşeron yarımadasını xəstəlikdən azad zonaya çevirməyə hazırlaşırıq.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstəlikdən azad zonanın olması vacib məsələdir:

“Bu sadəcə pilot bir layihədir. Gələcəkdə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim iki gün öncə sərgidə təqdim edəcəyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra laboratoriyaları da konseptin bir hissəsidir. Xəstəlikdən azad zona deyəndə həmin ərazinin heyvan mənşəli zonos xəstəliklərdən azad olunması nəzərdə tutulur”.

Qoşqar Təhməzli bildirib ki, layihə üçün Abşeron yarımadasının seçilməsi təsadüfi deyil:

“Bu layihənin üzərində beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə rəylərini veriblər. Bu rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki burada köçəri heyvanlar az olması, xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq da burda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək.

Ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı aparılacaq. Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarının təhlükəsizliyi təmin olunsun”, - deyə agentlik sədri qeyd edib.скачать dle 11.3
Mojo.az Banner