Mojo.az Banner
21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:41 Sabah hava necə olacaq?  |     20:36 Bu içkilər mədə xərçəngi riskini artırır  |     20:22 Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı  |     20:14 Uşaqları əlindən alınan ana övladlarına qovuşdu  |     20:09 "Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO  |     20:01 Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb  |     19:56 Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video  |     19:50 9-cu sinif şagirdi vəfat edib  |     19:43 Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu  |     19:30 Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO  |     19:24 Tovuzda maşın su kanalına düşdü - Ölənlər var  |     19:15 Yer kürəsində maqnit fırtınası başlayıb  |     19:10 “Metropark”da yanğın - VİDEO  |    
Left Banner
Right Banner

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - MÜRACİƏT

13.05.2019 11:39 4 968
Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - MÜRACİƏT
Son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.

Bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.

“Qəzaların analizi göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur.

Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb”, - məlumatda vurğulanıb.

“İdarə bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırır. Sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır”, - deyə idarədən qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner