Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Deyirdilər, anan bizim pərdələri yuyur, mən də onları döyürdüm"

11.05.2019 19:37 3 819
Əməkdar artist Röya Ayxan oğlu Hüseynin oxuduğu məktəbdə dava etməsindən danışıb.

Median.Az
axşam.az-a istinadən bildirir ki, müğənni "Zaurla Günaydın" verilişində analara məsləhət verib. O, övladının yanında tanınmışların həyatını müzakirə edən valideynləri tənqid edib:

"İki-üç ildən sonra gedəcək xaricdə oxumağa. O, getdisə, mən də gedəcəm. Üstündə əsməyi xoşlamıram. Amma harasa göndərirəmsə, kənarda nəzarət etdirirəm. İstəyəcək maşın sürmək, arxasında başqa avtomobil gedəcək. Mənə heç vaxt güvənməyiblər, həmişə döyüblər. Ona görə də Hüseyn nə vaxt mübahisə edirsə, deyirəm, haqlı mənim oğlumdur.

Valideynlərə deyirəm ki, uşağın yanında müzakirə etməsinlər. Məktəbdə mübahisə ediblər. Ana-ata söhbəti olub. Direktor nəzarət etməlidir, uşağın anası müğənnidir, aparıcıdır söhbəti olmamalıdır. Valideyn uşağın yanında kiminsə şəxsi həyatını danışırlar. Hüseyn ağlıya-ağlıya gəldi, dedim, sən düzsən.

Mənə deyirdilər ki, atası bunu atıb, anası onun-bunun, bizim pərdəmizi yuyub, sizə pul gətirir. Mən də onları döyürdüm. Gəlirdi valideynləri anama şikayət edirdi, onların yanında məni döyürdülər. Mən uşağıma bunu göstərməyəcəm.

Bu yaxınlarda manikür-pedikür etdirirdim. Salonda bir uşaq yaxınlaşıb ki, peraşki var? Ayağımı sudan çıxarıb, anasına yaxınlaşdım ki, bu uşağın yanında nə danışmısan, mənə belə deyir? Uşağın uşaqlığını almayın yanından".скачать dle 11.3
Mojo.az Banner