Mojo.az Banner
22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyi gəmidəki qəza ilə bağlı məlumat yaydı

09.05.2019 12:09 4 278
Səhiyyə Nazirliyi gəmidəki qəza ilə bağlı məlumat yaydı
Xəzər dənizində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

O bildirib ki, xəsarət alanlardan 7 nəfər reanimasiyaya yerləşdirilib: “Reanimasiyada olan yaralılardan 3 nəfərin vəziyyəti ağırdır".

P. Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfər stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.скачать dle 11.3
Mojo.az Banner