Mojo.az Banner
11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |    
Mojo.az Avto
Mojo.az Avto

“Maşın”ın maşını hara yoxa çıxıb? - Bir il keçib...

07.05.2019 22:58 2 735
“Maşın”ın maşını hara yoxa çıxıb? - Bir il keçib...
Azərbaycanın ən reytinqli realiti şousu olan "Maşın"ın 16-cı sürəti ətrafında yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

Median.Az
axşam.az-a istinadəm xəbər verir ki, verilişin bitməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, qalibə hədiyyə kimi təqdim edilməli olan avtomobilin aqibəti qeyri-müəyyən olaraq qalıb.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov isə bugünədək məsələyə geniş izahat verməyib. Xalq artisti sonuncu dəfə ötən ilin oktyabrında bildirib ki, maşını tamaçılardan birinə verməyi düşünür:

"Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. Əsas odur ki, maşın kiməsə veriləcək".

Bu açıqlamanın üstündən aylar keçməsinə baxmayaraq, maşının taleyinin necə olduğu indiyə kimi qaranlıq olaraq qalır.

Xatırladaq ki, keçən ilin mayın 28-də başlayan "Maşın" şounun tarixində bir ilk yaşanıb. Verilişin qalibi olan Roza Zərgərli sonda hər kəsi təəccübləndirərək, avtomobildən imtina edib. Sənətçi üzünü Murad Dadaşova tutaraq bildirib ki, o verilişə maşın üçün deyil, oyun üçün gəlib.

"18 nəfər iştirakçının adından xahiş edirəm, bu maşını xeyriyyə məqsədilə istifadə edin".

Məsələylə bağlı layihənin təşkilatçısı "M Group" prodakşnla əlaqə cəhdi nəticəsiz qalıb.
скачать dle 11.3
Mojo.az Banner