Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çingiz Mustafayev: "Səhnə üçün “Truth” mahnısından ilham alınıb"

07.05.2019 20:14 2 748
Çingiz Mustafayev:
“Düzünü desəm, səhnə quruluşunu sevirəm və bu, tamamilə əladır. Bəllidir ki, səhnə üçün “Truth” mahnısından ilham alınıb. İdeya ondan ibarətdir ki, mənim yaralı ürəyim çox ağrıyır və mən onu mexaniki ürəklə əvəz etməliyəm”.

Median.Az
report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanı “Eurovision 2019”da təmsil edən Çingiz Mustafayev deyib.

"Hansısa bir robot mənə ürək ağrımdan canımı qurtarmağa və keçmiş sevgilimi unutmağa kömək edir. Başa düşürəm ki, məni ancaq həqiqəti qəbul etmək, zəhərli sevgini dayandırmaq və ürəyimi işığa açmaq müalicə edə bilər", - o bildirib.

Unikal qrafik Çingiz Mustafayevin səhnədə tək olmasına baxmayaraq, sevgi hekayəsinin dramaturgiyasını anlatmağa kifayət edir. Görüntü 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində qalib gələn Camalanın səhnəsi üçün vizual effektləri hazırlayan “Front Pictures Creative Studio” şirkətinə məxsusdur. Şirkət həmçinin “America’s Got Talent” və məşhur müğənni Pinkin “The BRIT Awards 2019”da çıxışında da iştirak edib.

Azərbaycanın “Eurovision 2019” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlamasında “Truth”un səhnə quruluşunun vizual cəhətdən heyranedici və cəsarətli olduğunu açıqlayıb: “Azərbaycan 11 ildir ki, “Eurovision”da iştirak edir və siz bizim nümayəndə heyətinin yaddaqalan, atəşli, hətta romantik quruluşlarını görmüsünüz. Lakin bu, tamamilə yeni və emosionaldır. Səbirsizliklə tamaşaçıların Çingizlə bağlı fikirlərini gözləyirəm”.

Qeyd edək ki, Çingiz Mustafayev mayın 16-da “Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfinalında 18 nömrə altında səhnəyə çıxacaq.скачать dle 11.3
Mojo.az Banner