Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdakı tarixi bina sökülür? - Eldar Əzizov həmin məkanda (FOTO)

06.05.2019 18:58 3 518
Bakıdakı tarixi bina sökülür? - Eldar Əzizov həmin məkanda (FOTO)
Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var. 

Bunu "Salaam Cinema Baku” kinoteatrını məhz burada kirayələyən şəxslər iddia edirlər. Onlar bir müddətdir ki, burada kino nümayişləri, sərgilər və təlimlər keçirir, müzakirələr aparır. Təşəbbüskarların sözlərinə görə, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.

Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir. 

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nizami Mayılov isə binanın sökülməyəcəyini və araşdırmalardan sonra qərar veriləcəyini bildirib: "Əgər bina tarixi əhəmiyyət kəsb edirsə, heç bir dağıntı işi aparılmayacaq. Qapısı möhürlənəcək və araşdırma işlərinə başlanılacaq”.

Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub. 
 










 
//qafqazinfo.azскачать dle 11.3

Son xəbərlər