Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

XƏBƏRDARLIQ: Tərkibində mənşəyi bilinməyən qatqılar olan yağlar satılır - VİDEO

30.04.2019 21:41 2 415
XƏBƏRDARLIQ: Tərkibində mənşəyi bilinməyən qatqılar olan yağlar satılır - VİDEO
İsmayıllı sakini təxminən ay yarım bundan avvəl kərə yağı adı ilə aldığı yağı əridəndə yağın rəngi dəyişərək qaralmışdı. Vətəndaş bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinə müraciət etmişdi. Artıq nümunələrin cavabı məlumdur.

Median.Az
-ın məlumatına görə, Agentliyin Regional şöbəsindən Xəzər TV-yə bildirilib ki, vətəndaşın kərə yağı adı ilə aldığı məhsul fiziki-kimyəvi, mikrobioloji və yağ turşularının analiz edilməsi üçün laborator müayinəyə göndərilib. Laboratoriya nəticələrinə əsasən nümunədə mikrobioloji zərərli orqanizimlər aşkar edilməyib. Lakin analiz zamanı məhsulda uyğunsuzluqlar aşkar edilib. Məlum olub ki, tərkibində mənşəyi bilinməyən digər yaglar var və istifadəyə yararlı hesab edilmir.

Sakinlər də tərkibi bilinməyən yağlardan istifadə etməyi məsləhət bilmirlər.

Məhsulu satan mağazanın sahibi verdiyi izahatda satdığı məhsulun saxlanma şərtlərinə və mal qonşuluğu prinsiplərinə əməl etdiyini və məhsulu kərə yağı kimi satmadığını bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin Regional bölməsindən bildirilib ki, istehsalçı şirkətinin istehsal obyektində araşdırma aparılması, yağın keyfiyyətinin yoxlanması təqdim edilmiş nümunəyə müdaxilə olunub-olunmaması və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.скачать dle 11.3
Mojo.az Banner