Mojo.az Banner
12:44 "WhatsApp"da yeni funksiya: Telefon nömrəsi görünməyəcək  |     12:40 DTX rəisinin müavini: "Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb"  |     12:07 Alla Puqaçova səhnəni tərk edir?  |     11:51 Yay fəsli gəlsə də, meyvələr ucuzlaşmır: Səbəb nədir? - Video  |     11:48 Azərbaycanlı gənc Polşada göldə boğulub  |     11:29 Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO  |     11:21 Azərbaycanda bir qrup şəxsə YENİ MƏNZİLLƏR veriləcək  |     11:04 Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir  |     23:14 “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı  |     23:03 Bu 4 bürc üçün yeni dövr başlayır  |     22:58 Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü  |     22:50 Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama  |     22:45 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı  |     22:40 Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı  |     22:33 Avropada ən populyar avtomobil açıqlandı (SİYAHI)  |     22:25 Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi  |     22:20 "Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər - VİDEO  |     22:14 Rəqsanənin qızı adını dəyişdi - FOTO  |     22:07 Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB  |     21:59 Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş (YENİLƏNİB)  |    
Left Banner
Right Banner

“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur - FOTO

29.04.2019 23:18 1 736
“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur - FOTO
Novosibirskdə Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsinin təqdimatı olub.

Ticarət Nümayəndəliyində bildiriblər ki, “Novosibirsk Ticarət-Sənaye Palatası” İttifaqının və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun təşkilatçılığı, “Rus-Azərbaycan Evi” regional ictimai təşkilatının dəstəyi ilə aprelin 29-da Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsinin növbəti təqdimatı Novosibirskdə keçirilib.

Yerli sahibkarlar, biznesmenlər və iri marketlər şəbəkələrinin rəhbərləri Azərbaycanda istehsal olunmuş məhsullara böyük maraq göstərib və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi”nin də daxil olduğu “Azərbaycan” Ticarət Evi” layihəsinin konsepsiyası ilə yaxından tanış olublar.

Novosibirsk Ticarət-Sənaye Palatasında keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev konsepsiyanın əsas istiqamətlərindən ətraflı bəhs edib.

Konsepsiyanın məqsədlərinin həyata keçirilməsində əsas rol Ticarət Nümayəndəliyi tərəfindən formalaşdırılan və Azərbaycan məhsullarının Rusiyaya tədarükü üzrə fəaliyyət göstərən “Azərbaycan” Ticarət Evi”nə ayrılır. Bu sistem Azərbaycanın ixrac, sərmayə və turizm potensialını nümayiş etdirən, dövlət və özəl tərəfdaşlıq prinsipləri əsasında daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının Rusiyaya idxalı üzrə ixtisaslaşmış şirkətdən və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsindən ibarətdir.

“Azərbaycan nemətləri” mağazaları sahibkarlar tərəfindən açılacaq, “Azərbaycan” Ticarət Evi” isə Azərbaycan məhsullarının geniş çeşidlərinin tədarükündə onlara kömək edəcək.//publika.az

скачать dle 11.3
Mojo.az Banner