Mojo.az Banner
22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |     20:50 Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlandı  |     20:44 Həbsdən əvvəl Bakıda "Kalaşnikov" gizlədibmiş  |     20:35 "Zevs"in qardaşına hökm oxundu  |     20:30 Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi  |     20:22 Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi  |     20:17 Sabah çimərliklərdə gözlənilən hava açıqlandı  |     20:09 İlk dəfə Avropaya getdilər  |    
Left Banner
Right Banner

Xorvatiya Azərbaycanda səfirlik açdı - YENİLƏNİB + FOTO

29.04.2019 19:51 3 071
Xorvatiya Azərbaycanda səfirlik açdı - YENİLƏNİB + FOTO
Bakıda Xorvatiya səfirliyinin rəsmi açılışı baş tutub.

Açılış lentini Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriç kəsib. Mərasimdə Vergilər naziri Mikayıl Cabbarov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiya tərəfdən isə həmçinin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Viçe Skraçiç və iqtisadi məsələlər üzrə müavini İvana Jivkoviç iştirak edib.

“Xalqlarımız arasında əlaqələrin yaradılması Xorvatiya səfirliyinin əsas missiyalarından biridir”.

Bu sözləri Xorvatiya Baş nazirinin müavini, Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç bu ölkənin Azərbaycandakı səfirliyinin açılış mərasimində deyib.

“Səfirliyin mənim Azərbaycana ilk səfərim zamanı açılması çox əlamətdar hadisədir. Bunu Xarici İşlər naziri kimi özümə hədiyyə hesab edirəm. Bu, ölkələrimiz arasında əməkdaşlığın dərindən inkişaf etdirilməsinə töhfə verəcək. Azərbaycan və Xorvatiya arasında mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər mövcuddur. Xorvatiya Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində də əməkdaşlığa böyük əhəmiyyət göstərir”,- deyə nazir bildirib.

Vergilər naziri Mikayıl Cabbarov açılış mərasimində çıxışı zamanı deyib ki, hökumətlərarası komissiyanın sədri kimi Azərbaycan və Xorvatiya arasındakı əməkdaşlıqdan məmnunluq duyur: “İki ölkə arasında müxtəlif sahələrdə 22 ikitərəfli sənədlər imzalanıb. Səfirliyin açılması ikitərəfli əlaqələrin inkişafında böyük rol oynayacaq”.

Tədbirdə həmçinin Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.


13:58

Bu gün Xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının Baş Nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç Buriç birgə mətbuat konfransı keçirib.

Median.Az
xəbər verir ki, Elmar Məmmədyarov konfransdan əvvəl Mariya Peyçinoviç Buriç ilə görüş zamanı enerji məsələləri, nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyib.

Nazir bildirib ki, artıq Xorvatiya səfirliyi Azərbaycanda tam şəkildə fəaliyyətə başlayacaq.

Elmar Məmmədyarov qeyd edib ki, Xorvatiyanın Dağlıq Qarabağ mövqeyi aydındır:

“Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və BMT-nin dörd qətnaməsi çərçivəsində məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, müxtəlif strateji layihələrlə bağlı məsələlər də müzakirə edilib:

“Düşünürəm ki, bu, Xorvatiya və Azərbaycan üçün önəmli layihələrdir. Növbəti görüşlərdə layihə barədə daha aydın məsələlər müzakirə ediləcək və ticarət dövriyyəsi ilə bağlı daha müsbət rəqəmlər olacaq.

Çalışırıq ki, iqtisadi əməkdaşlığı artıraq. İstərdim ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı yeni sazişlə bağlı dəstəyimizi bildirək”.

Xorvatiyalı nazir bu gün Azərbaycanda Xorvatiya səfirliyinin açılışının olacağını vurğulayıb.

“Yaxın zamanlarda Xorvatiyanın Azərbaycandakı səfiri təyin olacaq. Bu həm də xalqlar arasındakı iqtisadi, siyasi məsələrə kömək edəcək”, - deyə Mariya Peyçinoviç Buriç qeyd edib.скачать dle 11.3
Mojo.az Banner