Mojo.az Banner
11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərin imtahan nəticələri ləğv olunacaq - DİM sədrindən xəbərdarlıq

29.04.2019 12:36 1 950
Bu şəxslərin imtahan nəticələri ləğv olunacaq - DİM sədrindən xəbərdarlıq
Hər il 15-20 faiz nəzarətçi imtahanlardan xaric olunur.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahanlarla bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il köçürmə halları ilə əlaqədar 12 faiz nəzarətçi-müəllimlə bağlı rayon təhsil şöbələrinə məlumat göndərilib.

“Onlar “qara siyahı”ya düşüb və bir daha bizimlə işləməyəcəklər”.

Abbaszadə köçürmə hallarından da danışıb. Qeyd edib ki, 100 bala qədər nəticə göstərənlər arasında köçürmə halı daha çox olur:

“Bu şəxslər heç nə bilmir və bir-birilərindən köçürüb yazırlar. Onların nəticələri barədə məlumat vermirik və nəticələrini ləğv etmirik. Çünki onların sayı çoxdur və nəticələrini ləğv etsək gərək minlərlə vətəndaşı qəbul edək, izah edək”.

Məleykə Abbaszadə qeyd edib ki, ləğvedilmə müsabiqəyə buraxılma zamanı olur:

“Çalışırıq ki, eyni sinif şagirdləri bir imtahan sinfinə salınmasın. Amma bu gün şagirdlər sosial şəbəkələrdə qrup açırlar və bir yerə düşənlər görüşürlər. Onlar bilməlidirlər ki, nəticələri ləğv olunacaq.скачать dle 11.3
Mojo.az Banner