Mojo.az Banner
16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda orta əsrlərə aid yaşayış məskəni tapıldı - FOTO

26.04.2019 21:25 1 996
Azərbaycanda orta əsrlərə aid yaşayış məskəni tapıldı - FOTO
Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparılıb.

Median.Az
xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədqiqatlar tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə həyata keçirilib.

Tədqiqatlar zamanı qeyd olunan ərazidə kurqanlar və yaşayış yeri aşkar olunub. Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırılıb. Ümumi sahəsi 3 ha-dan artıq olan yaşayış yeri relyef baxımından maili təpəlikdən ibarət düzənlikdir. Abidə şimaldan müasir kənd qəbiristanlığı, cənub və qərbdən həyətyanı sahələr və əkin yerləri, şərqdən Qarasu dərəsi ilə əhatə olunub. Yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilib.

Yaşayış yerinin üzərində bişmiş kərpic nümunələrinə rast gəlinir. Əldə edilən saxsı məmulatları formalarına, növlərinə, dekor rənglərinə və hazırlanma texnologiyasına görə fərqlənir. Saxsı qab nümunələri çəhrayı, boz, qırmızımtıl rəngdə hazırlanıb. Şirli saxsı qabların əksəriyyəti bir və ya daha çox rəng çalarlarından istifadə edilməklə naxışlanıb. Daha çox firuzəyi, qara, yaşıl, göy, qəhvəyi rənglərə üstünlük verilib.

Müzəffər Hüseynovun bildirdiyinə görə, ilkin tədqiqatlar nəticəsində yaşayış yerinin X-XIII əsrlərə aid olduğu ehtimal edilir. "Gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri zamanı abidənin dövrü haqqında daha dəqiq məlumatın əldə ediləcəyinə ümid edirik" - deyə M.Hüseynov əlavə edib.

скачать dle 11.3
Mojo.az Banner