Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Yollardakı məhdudiyyətə görə müvəqqəti marşrut xətti açılıb

23.04.2019 21:40 1 891
Yollardakı məhdudiyyətə görə müvəqqəti marşrut xətti açılıb
Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi birgə operativ tədbirlər nəticəsində paytaxtın Səbail və Qaradağ rayonlarında (cənub istiqamətində), o cümlədən də Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaşayan sakinlərin ictimai nəqliyyatdan istifadə ilə bağlı çətinlikləri aradan qaldırılıb.

BNA-dan verilən məlumata görə, ilk növbədə, Lökbatan-Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib. Bununla yanaşı, 5A xətt üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Qeyd edilən hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb.

Məlumat üçün bildiririk ki, yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə 30 qəpik müəyyən edilib. Bu marşrut xətti üzrə avtobuslar yollarda məhdudiyyət tam aradan qaldırılana qədər sərnişinlərə xidmət göstərəcək.//Baku.wsскачать dle 11.3
Mojo.az Banner