Mojo.az Banner
Son Xəbərlər
13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

"London" taksisinin qadın sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”

20.04.2019 20:33 3 209
Onunla telefonla danışıb, sabahı gün saat 12.00-y görüş aldım. Dedi ki, rahat olması üçün elə hava limanına gəlim. Danışıb, razılaşdıq. Ertəsi gün görüşdük. Xoş, incə, məlahətli bir xanım idi.

Əvvəllər qadınların sükan arxasında olmağı xüsusilə kişilər tərəfindən birmənalı qarşılanmırdı. İndi isə qadınlar kişi peşəsi hesab edilən taksi sürücülüyü ilə də məşğul olurlar. Təranə İbrahimova taksi sürücüsü kimi hava limanında "Baku Taxi"-də çalışır. Onunla avtomobilində söhbətləşirik.

Bir aydan çoxdur ki, "London"taksisində çalışan Təranə İbrahimova deyir ki, işə başladığı ilk günlərdə bir qədər çəkinirmiş. Çünki hamı ona bu işin qadın işi olmadığını, planı yığa bilməyəcəyini deyirmiş.

Ancaq özündə güc tapan qadın heç kəsə qulaq asmır və qarşısına məqsəd qoyur ki, o bu işi bacaraq və bacarır da.

"Ailədə 4 qardaşın tək bacısı olduğu üçün hər zaman kişi peşələrinə daha meylli olmuşam. Maşın sürməyi isə çox sevirəm. 15 ilə yaxındır ki, maşın sürürəm. Öz şəxsi maşınım da var idi. Keçən il satdım. Bu işdən əvvəl bir həkimin şəxsi sürücüsü idim. O işim də gözəl idi" – deyə xanım taksi sürücüsü bildirir.

Təranə xanımın sözlərinə görə, ümumiyyətlə avtomobil sürməklə bağlı olan bütün işləri sevir: "İnternetdə elanı görüb müraciət etdim. Hamı deyirdi ki, ağır işdir, bacarmazsan. Ancaq mənim çətin işlərdən xoşum gəlir. Bu maşına 20 günə öyrəndim. İndi artıq avtomobilə adaptasiya olmuşam. Bu işi sevirəm".

Sürücü qadın əlavə edib ki, işə yeni başlayanda bir qədər yollarda problemlər yaşayıb: "Təzə başlayanda yolları, xüsusən hotelləri yaxşı tanımırdım. Belə olanda iş yoldaşlarım mənə kömək edirdi. Mən naviqasiyaya inanmırdım. Amma indi şəhərin 70 faizini tanıyıram. Heç bir problem yaşamıram".

T. İbrahimova əcnəbi turistlər yaşadığı maraqlı hadisələrə də toxunub: "Mən çox zaman əcnəbi turistləri hotellərə aparıram. Azərbaycanlı sərnişinlər çox az olur. Ötən günlərdə bir əcnəbini hava limanından hotelə aparırdım. Turistin pulunun qalığını qaytaranda dedi ki, "mən belə dürüst olmağınıza təəccübləndim". Əcnəbilər taksi sürücülərindən narazılıq etmir".

T. İbrahimova bu işi seçəndə uşaqları ilə də narazılıqlar yaşayıb. Dediyinə görə, qızı onun bu işdə işləməsini istəmirmiş: "Ona izah etməyə çalışırdım ki, bu yaxşı işdir. Mən hava limanında çalışıram. Yolda dayanıb sərnişin gözləmirəm. Bundan başqa, fəaliyyətim bütün sosial şəbəkələrdə paylaşılır. Heç kim mənfi rəy yazmır. Mən bu işdən yorulmuram. İmkan olsa, gecə-gündüz çalışaram".

Təranə xanım deyir ki, qadının "London" taksisi sürməyi şəhər əhalisi tərəfindən də xoş qarşılanır: "Bəzən baxıram ətrafa hamı xoş təbəssümlə yanaşır. Taksi sürücüsü olan qadınlar görmüşəm. Amma mən "London" taksisində çalışan tək qadınam. Bu da hamının diqqətini çəkir".

Təranə xanım kişi həmkarlarl tərəfindən ona böyük yardımların edildiyini də etiraf edir.

"Bəzən olur mənim müştərim olmur, digər sürücülər mənə öz müştərilərini verirlər. Bəzən öz növbələrini mənə verirlər. Kişi kollektivində tək qadın olub çalışmaq möhtəşəm hissdir" – deyə həmsöhbətim qeyd edir.

Sağollaşıb ayrılıram. Ətrafda olan sürücülər elə bilir ki, mən də sürücü kimi çalışmağa gəlmişəm, qışqırırlar: "Təranə, artıq tək deyilsən, həmkarın gəlib, təbriklər...” //sputnik.az 









Son xəbərlər