Mojo.az Banner
17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda apteki belə yardılar - VİDEO

18.04.2019 21:18 2 269
Bakıda apteki belə yardılar - VİDEO
Bakıda damı kəsərək aptekə oğurluğa girən şəxslər seyfdən külli miqdarda pul oğurlayıblar.

Median.Az
Xəzər TV-yə istinadən xıbır verir ki, hadisənin görüntüləri paytaxtın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində apteklərdən birinin təhlükəsizlik kamerasına düşüb. Hadisə ilə bağlı Nərimanov rayon 16-cı polis bölməsinə məlumat daxil olan kimi əməliyyat-axtarış tədbirinə başlanıb. Çox çəkməyib ki, qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvlərindən ikisi - Əli İsmayılov və Çingiz Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Əli İsmayılov Çingiz Xankişiyevi həmyerlisi Amil Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü Amil Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfi qıraraq içindəki 60 min manata yaxın pulu ələ keçirib.

Qeyd edək ki, Amil Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Hadisədən sonra Amil Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Çingiz Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.

Qeyd edək ki, dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polis tərəfindən aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner