Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyranbatanda evlərə basqın edən şəxslərə hökm oxunub

16.04.2019 13:31 3 825
Ceyranbatanda evlərə basqın edən şəxslərə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakinləri Elnur Axundov və Rafiq Ağayevin CM-nin 181.2.1-ci (quldurluq,qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, ötən il fevralın 7-i gecə saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K. Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs, onun əllərini iplə bağlayıb, bıçaqla hədələyib oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb.

Hadisədən 1 ay sonra, yəni martın 7-də DİN Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıblar.

İstintaqın gedişatında onların, martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri də məlum olub.
Belə ki, təqsirləndirilən şəxslər yaşayış sahəsinə daxil olub Vüsalə Həşimova və onun azyaşlı qızına bıçaqla hədə-qorxu gəliblər və onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Məhkəmənin hökmü ilə E.Axundov 12 il və R.Ağayev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

-скачать dle 11.3

Son xəbərlər