Mojo.az Banner
23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |     21:07 Leyla Əliyeva Vatikan Apostol Kitabxanasının rəhbəri ilə görüşüb - FOTO  |     21:01 Mahaçqalada atışma oldu - Ölən və yaralanan var  |     20:54 Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq  |     20:49 Hindistanda anbar çöküb - Ölənlər var  |     20:44 Azərbaycanda şagirdlərin sayı açıqlandı  |     20:36 Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub  |    
Left Banner
Right Banner

Avaraçılıq və tüfeyli həyat tərzi açıq şəkildə təbliğ olunur

11.04.2019 22:43 1 995
Avaraçılıq və tüfeyli həyat tərzi açıq şəkildə təbliğ olunur
Son zamanlar ölkəmizdə insanların mənəviyyatını korlayan, əxlaqsızlıq, avaraçılıq və hətta narkomaniyanı təbliğ edən mahnıların sayı sürətlə artır. Sosial şəbəkələrdə belə mahnıların kliplərini milyonlarla insan izləyir. Xüsusilə də gənclər arasında belə mahnılara maraq göstərənlərin sayı sürətlə artır. Azərbaycan bəstəkarları isə həyəcan təbili çalırlar. Belə getsə, təkcə cəmiyyətimiz deyil, eyni zamanda tarixi musiqi ənənələrimiz də korlana bilər.

Avaraçılıq və tüfeyli həyat tərzi açıq şəkildə təbliğ olunur.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, heç bir mənası olmayan, insanların əxlaqını korlayan sözlərdən ibarət mahnılar yazılır və cəmiyyətə təqdim edilir. Maraqlıdır ki, bu musiqilər qısa zamanda məşhurlaşır və bəzi hallarda sosial şəbəkələrdə milyonlarla insan tərəfindən izlənərək trendə çevrilir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar Firəngiz Əlizadə deyir ki, belə mahnılar cəmiyyətə yalnız və yalnız ziyan vurur. Həm də Azərbaycan musiqi tarixinə ləkə gətirir.

Firəngiz Əlizadə bildirir ki, bu mahnıları ərsəyə gətirənlər adətən sənətdən və təhsildən uzaq insanlar olurlar. Ona görə də onlar cəmiyyətə vurduqları ziyanın fərqinə belə varmırlar.

Əslində əksər sıravi vətəndaşlar da belə musiqilərlə gələn sosial siqnalın fərqindədirlər.

Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri İzzət Rüstəmov deyir ki, hər bir mahnı onu dinləyənin düşüncəsinə və həyat tərzinə təsir edir. Çünki belə bayağı mahnılar öz dinləyicilərini bataqlığa sürükləyir və cəmiyyətdə sosial fəsadlar törədir. Ona görə də xüsusilə valideynlər diqqətli olmalı və övladlarının musiqi zövqünün formalaşmasında iştirak etməlidirlar.

Reallıq isə odur ki, avaraçılığı və narkomaniyanı təbliğ və təlqin edən mahnılar sürətlə yayılmağa davam edir və hər keçən gün zövqümüz daha da korlanır. Bu haldan ziyan görən isə bütövlükdə Azərbaycan cəmiyyətidir.скачать dle 11.3
Mojo.az Banner