Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ölkədəki seysmoloji vəziyyət dəyərləndirildi

08.04.2019 22:02 1 636
Ölkədəki seysmoloji vəziyyət dəyərləndirildi
“Ölkədə seysmik vəziyyət demək olar ki, fon səviyyəsindədir. Hazırda respublika ərazisində güclü zəlzələ baş verməyib. Baş verən təkanlar isə çox zəif və hiss olunmayandır”.

Median.Az
-ın məlumatına görə, bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ötən gün baş verən zəlzələ isə istisnadır: “Ötən gün Gürcüstan ərazisində baş verən zəlzələ respublikanın bəzi hissələrində çox zəif, 3 baladək hiss olunub”.

Q.Yetirmişli seysmoloji aktivliyin ən çox müşahidə edildiyi Şamaxı və Ağsu rayonları haqda da danışıb: “Ağsu-Şamaxı rayonlarda isə gündəlik olaraq bir neçə dəfə afterşoklar davam edir. Lakin öncəki günlərlə müqayisədə bu afterşokların sayı azalıb”.

Son xəbərlər