Yeni sürücülük vəsiqələri belə olacaq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkələrdən Azərbaycana 113 min manatlıq cin gətirilib - SİYAHI  |     22:55 Bu il Azərbaycana neçə turist gəlib?  |     22:47 Sosial mediada 3 saniyədə diqqəti necə cəlb etməli?  |     22:40 Texnologiya şirkətləri niyə qutularını sadələşdirir?  |     22:34 "Labubu" sahibi gəlirlərini artırmaqda davam edir - 20 milyard dollarlıq artım  |     22:29 Satış kifayət etmir, müştəri sizə güvənməlidir - Brend dəyəri yaratmaq  |     22:22 Toy qadağalarının Tacikistan modeli – pul ver, işini gör  |     22:13 Həbsxanadan görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı AÇIQLAMA - VİDEO  |     22:08 Türkiyədə ağır yol qəzası: 1 nəfər öldü, 16 nəfər yaralandı  |     22:00 Yeni “Moskviç” modelinin İLK FOTOsu  |     21:54 Taksi islahatları: Hazırda vəziyyət necədir?  |     21:47 Misirdə qatar qəzası - 3 ölü, 92 yaralı  |     21:41 Azərbaycan Premyer Liqası: "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib  |     21:30 İtkin düşən gəncin anası: Biz ailə olaraq soyadımızı oğlumuzun adı ilə dəyişmişik  |     21:23 Rasmus Hoylunn "Napoli"yə keçir  |     21:16 Cəlilabadda qardaş qardaşı bıçaqladı  |     21:05 Daha bir internet əfsanəsi tamamilə bağlanır  |     20:58 Sumqayıtda 13 yaşlı uşaq ölüb  |     20:47 "Qarabağ"ın U-19 komandasının UEFA yarışında təqvimi açıqlandı  |     20:35 Aİ Rusiyanın aktivlərini qaytarmayacaq  |    

Yeni sürücülük vəsiqələri belə olacaq - FOTO

Bu gün baş nazir Novruz Məmmədov sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi ilə bağlı qərarı imzalayıb.

Sənədə əsasən, motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün yeni sürücülük vəsiqəsi “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verəcək.

85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılır. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur.

Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunur.

Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

Vəsiqənin arxa hissəsinin sol tərəfində “Soyadı/Surname”, “Adı və atasının adı/Name and patronymic”, “Doğulduğu tarix və yer/Date and place of birth”, “Vəsiqənin verildiyi tarix/Date of issue”, “Etibarlıdır/Date of expiry”, “Vəsiqəni vermiş qurumun adı/İssuing authority name”, “Fərdi identifikasiya nömrəsi/Personal identification number”, “Vəsiqənin nömrəsi/Licence number”, “Fotoşəkil/Photo”, “Vəsiqə sahibinin imzası/Signature of the holder”, “Yaşayış yeri/Place of residence”, “Kateqoriyalar (altkateqoriyalar)/Categories (subcategories)”, “Verildiyi tarix/Date of issue”, “Etibarlılıq müddəti/Date of expiry”, “Əlavə məlumat və ya məhdudiyyətlər/Additional information or limitations”, və “Digər qeydlər/Other information” sözləri yazılır.

Sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur, 9 nömrəli sütunda kateqoriyalara (altkateqoriyalara) və hər bir kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin növlərini bildirən piktoqramlar göstərilir. Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub.

Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 254 05.04.19 12:03