Mojo.az Banner
11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Kukla Teatrında “Dünya Autizm Maarifləndirmə” ayı qeyd olunacaq

03.04.2019 21:23 2 670
Kukla Teatrında “Dünya Autizm Maarifləndirmə” ayı qeyd olunacaq
Aprelin 4-də “Dünya Autizm Maarifləndirmə” ayı münasibətlə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçiriləcək.

Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, tədbir Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasında təşkil olunacaq.

Həmin gün “Oyuq”çular balaca tamaşaçıları qarşısında “Qırmızıpapaq” tamaşası ilə çıxış edəcəklər.

Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq. Səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.

Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaqlar. Müxtəlif layihələr sayəsində Teatrın, istedadlı “Oyuq”çuların dostuna çevrilən UAFA (United Aid For Azerbaijan) və digər təşkilatlar, eləcə də reabilitasiya mərkəzlərində, həmçinin müalicə-tədris müəssisələrində qeydiyyatda olan uşaqlar həmyaşıdlarının, balaca aktyorların ifasında konsert proqramına da tamaşa edəcəklər.

Xatırladaq ki, autizm sindromlu uşaqların iştirakı ilə səhnələşdirilən və onlara həsr olunan “Əlimdən tut” adlı ilk tamaşa və sosial-çarx da məhz “Oyuq” teatr-studiyası tərəfindən hazırlanıb və bu barədə cəmiyyətdə sistemli olaraq maarifləndirmə işi aparılıb.//report.az

скачать dle 11.3
Mojo.az Banner