Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb? - TƏFƏRRÜAT

01.04.2019 14:11 3 428
Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb? - TƏFƏRRÜAT
Bakıda bədən tərbiyəsi müəlliminin məscid axundunu güllələməsinin səbəbi məlum olub.

Sabunçu rayonunun 15-ci polis bölməsinin əməliyyatçılar martın 31-də məscid axundu olan qardaşı – 43 yaşlı Hacı Kamran Şamilovu güllələmiş kişini saxlayıb.

Bu haqda Sabunçu Rayon Polis İdarəsindən məlumat veriblər.

Qeyd edək ki, martın 31-də , 16:10 radələrində Bakının Zabrat qəsəbəsində qardaşlar arasında münaqişə yaşanıb. Hüseynbala Şamilov TOZ-34 ov tüfəngindən K.Şamilovu evi qarşısında güllələyib. Sonuncu döş nahiyəsi və qarnında aldığı iki güllə yarası nəticəsində həyatını itirib.

H.Şamilov cinayət yerindən qaçsa da, tezliklə əməliyyatçılar onu həmin qəsəbədə yerləşən evində saxlayıb. Hüquq mühafizə orqanı əməkdaşları cinayət aləti olan ov tüfəngini müsadirə edib.

İlkin istintaq çərçivəsində saxlanılan şəxs verdiyi ifadədə, qardaşı ilə mübahisənin torpaq sahəsinə görə düşdüyünü bildirib. Onun dediyinə görə, məscid axundu olan K.Şamilov onun torpaq sahəsini mənimsəyib.

Məlum olub ki, axund müsəlmanların müqəddəs yerlərə ziyarətlərin təşkili ilə məşğul olub, qardaşı isə bədən tərbiyəsi müəllimi işləyib. Faktla bağlı araşdırma davam edir.

Öz növbəsində, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş insidentdə adı dindar, axund kimi keçən Hacı Kamran və Hüseynbala adlı iki qardaş din xadimi deyillər və heç bir rəsmi təyinatları yoxdur.скачать dle 11.3
Mojo.az Banner