Mojo.az Banner
23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |     22:10 Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ  |     22:01 Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri  |     21:56 Bakının bir hissəsində qaz olmayacaq  |     21:49 İsmayıllıda traktorun altına yıxılan kişi öldü  |     21:44 Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir  |     21:31 Alvares "Arsenal"ı rədd etdi  |     21:26 Nazirlik saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyasını ləğv etdi - RƏSMİ  |     21:23 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapılıblar  |     21:16 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:11 Numan Kurtulmuş Azərbaycana gəlib  |     21:04 Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verdi  |     20:58 Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı  |    
Left Banner
Right Banner

Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama - FOTO

25.03.2019 16:56 4 011
Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama - FOTO

“”Veysəloğlu” Şirkətinə daxil olan “Araz” market vətəndaşların cibindən belə oğurluq edir. “Araz” marketdən heç nə almayın”.

Bunlar sosial şəbəkədə çoxminli izləyicisi olan səhifə tərəfindən paylaşılıb. Yayılan məlumatda qəbzlərin fotoşəkli öz əksini tapıb. Məlumatda qeyd olunur ki, “Gillette” vitrində 60 qəpik göstərilir, amma kassada 69 qəpik vurur, “Səba” toyuğu 1.120 qram olsa da, kassada 1.978 qramdan hesablanır, “Korovka” şokolad vitrində 1.32 qəpik olsa da, kassada 1.51 qəpikdən hesablanıb.

Məsələ ilə bağlı bizimyol.info -ya açıqlama verən “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova bildirib ki, yayılan bu məlumat qərəzlidir və köhnə, vaxtilə araşdırılaraq aydınlıq gətirilən məlumatları paylaşaraq çaşqınlıq yaratmağa çalışırlar: “Arzu edərdim ki, qərəzli deyil daha real olaraq, nöqsanlarımızı göstərsinlər. Biz səhvlərimizdən dərs çıxarmağı bacarırıq. Paylaşımdakı qəbzlərin tarixinə baxsaq görərik ki, 3-4 il bundan öncəki qəbzlərdir. Həmin zamanlarda da buna aydınlıq gətirilib, məsələ ciddi şəkildə araşdırılıb.




İlk öncə onu qeyd edim ki, müştərilərimiz bu kimi yaşanan hallarla bağlı dərhal bizim qaynar xəttlərimizə müraciət edə bilərlər, biz isə öz növbəmizdə müştərinin həmin məhsulu göstərilən ən ucuz qiymətə əldə etməsinə yardımçı olarıq.

Qiymət fərqinin olması ilə bağlı onu qeyd etmək istərdim ki, marketlərimizdə gündəlik, aylıq, vaxtaşırı endirim kampaniyaları olur, qiymətlər endirilir. Sonradan qiymət əvvəlki vəziyyətə qaldırılan zaman həmin məhsulların üzərindəki qiymətlərin də ona uyğun yapışdırılması bəzən gecikir, bəzən diqqətdən yayınır. Çünki bu texnika ilə idarə olunmur ki, dərhal bir komanda ilə hamısı dəyişsin. Bunu da işçilər edirlər, bəzən gecikmələr olur. O zaman da vitrindəki məhsulun qiyməti ilə kompyuterdəki qiymətlər fərqlənir.



Müştərilərimizin hüquqları ilə bağlı mağazalarımızda, eləcə də saytımızda xüsusi müddəa da var. Orada qeyd edilir ki, əgər müştəri vitrindəki qiymətlə kassada vurulan qiymət arasında fərq aşkarlayarsa o zaman həmin məhsul müştəriyə qeyd olunan ən ucuz qiymətə satılmalıdır. Müştərilərimiz də belə halla qarşılaşan zaman dərhal müraciət edə bilərlər.



Əgər bu kimi qərəzli məlumatlar davamlı şəkildə paylaşılarsa biz hüquqi addımlar atmaq haqqında düşünəcəyik”.скачать dle 11.3
Mojo.az Banner