Mojo.az Banner
15:25 FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi  |     15:22 Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub  |     15:19 Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq  |     15:15 Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər  |     15:02 Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR  |     14:52 Cəlilabadın 35 kəndində işıqlar kəsilib  |     14:50 Sakinlər aidiyyəti qurumlardan kömək istəyir: "Yolumuzu bərpa etsinlər" – FOTOLAR  |     14:47 Sabah çimərliklərdə hava şəraiti necə olacaq?  |     14:35 Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"  |     14:30 Sabah 36 dərəcə isti olacaq  |     14:23 Ermənistanda hərbçi öldü  |     14:17 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu  |     14:12 "Elə şəxslər tanıyıram ki, 7 il imtahan verib qəbul olublar" - Məleykə Abbaszadə  |     14:04 Sumqayıtda restorandan oğurluq etdilər, motosikleti qaçırdılar  |     13:59 Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq  |     13:53 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək  |     13:45 Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı  |     13:40 Azərbaycan bu ölkələrlə yeni elektrik layihəsi üzrə danışıqlar aparır  |     13:33 Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO  |     13:28 DYP piyadalara müraciət etdi  |    
Left Banner
Right Banner

Ermənistan Azərbaycana gətirilən spirtli içkilər məhv edildi - FOTO

16.03.2019 19:24 3 451
Ermənistan Azərbaycana gətirilən spirtli içkilər məhv edildi - FOTO
Martın 16-da Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Gömrük Komitəsindən verilən məlumata görə, ümumilikdə 2 812 883 ədəd protexniki vasitələr, 43 092 ədəd dərman preparatları, 735 ədəd istifadəyə yararsız müxtəlif markalı mobil telefonlar və aksesuarları, 12675,4 litr alkoqollu və sərinləşdirici içkilər, 1212,8 kq qarışıq ərzaq məhsulları, 6019 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 220 ədəd müxtəlif növ litrli spirtli içkilər də olub.

Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.//publika.az

скачать dle 11.3
Mojo.az Banner