Mojo.az Banner
11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |    
Mojo.az Avto
Mojo.az Avto

Flora Kərimova: Həsənağa Turabov mənimlə evlənmək istəyirdi - VİDEO

14.03.2019 12:23 5 469
Flora Kərimova: Həsənağa Turabov mənimlə evlənmək istəyirdi - VİDEO
Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasında illərdir davam edən gərginlik pik həddə çatıb.

ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında qonaq qismində iştirak edən F.Kərimova həmkarı barədə açıqlamalar verib.

Xalq artisti verilişdə dövrün 10 ən istedadlı müğənnilərinin adlarını müəyyənləşdirib. Kərimova aparıcıların həmkarı Faiq Ağayevi siyahıya salmasına etiraz bildirib. O, “Ayıb deyilmi Faiq Ağayevi müğənnilərin arasına salırsınız?”, - kəlmələrini dilə gətirib. Kərimova daha sonra Ağayevi müğənni kimi qəbul etmədiyini vurğulayıb.

“Faiq Ağayevlə münasibətim ola bilməz. Mən sənətkaram. Sənətkarı da nəfəsindən tanıyıram. Faiq Ağayev mənə görə Faiq Ağayev oldu. Əlimi çəkdim, onda heç nə qalmadı. Təkcə “Xalq artisti” fəxri adından başqa... O, müğənni deyil. Gedib məni məhkəməyə versin. İki dəfə məhkəməyə verib, uduzub. Üçüncü dəfə verib biabır olsun”.

Sözügedən verilişdə Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sosial mediada gəzib dolaşan “sevgili” xəbərlərinə də münasibət bildirib. Hətta F.Kərimova illər öncə H.Turabovun onunla evlənmək istədiyini söyləyib.

“Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənimlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi.

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər. Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu barədə danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun xanımı. Onun mənə qarşı hissləri var idi ”.
//oxu.az
скачать dle 11.3
Mojo.az Banner