Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Meyitlərdən orqanların götürülməsi işini hansı qurum həyata keçirilməlidir?

12.03.2019 22:31 1 718
Meyitlərdən orqanların götürülməsi işini hansı qurum həyata keçirilməlidir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orqan transplantasiyasının həyata keçirilməsi ilə bağlı təkliflərini açıqlayıb.

Median.Az
oxu.az-a istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova orqan transplantasiyası üzrə hazırlanan yeni qanun layihəsinin parlamentin Səhiyyə Komitəsində keçirilən ictimai dinləmələri zamanı bildirib ki, meyitlərdən orqanların götürülməsi işini tibb fəaliyyətlə məşğul olmayan Koordinasiya Mərkəzi həyata keçirilməlidir.

Onun sözlərinə görə, transplantasiya üçün nəzərdə tutulan orqanların və toxumaların daşınması işinə xüsusi lisenziyası olan müəssisələr cəlb edilməlidir və bu daşınma xüsusi ixtisaslaşma tələb etdiyi üçün orqan, toxumaların daşınması üçün lisenziya olmalıdır.

Ş.İsmayılova qeyd edib ki, əməliyyatı gözləyən şəxsin adı gözləmə siyahısına əlavə edildikdə, şəxs növbədə neçənci sırada olması barədə məlumatlı olmalıdır.

O, həmçinin qeyd edib ki, qanun layihəsinə canlı donorun orqanlarının və toxumalarının hər hansı ödəniş əsasında verilməsinin qadağan edilməsi barədə bənd əlavə edilməlidir:

"Qanunda orqanların alqı-satqısının qadağan edildiyi qeyd edilib. Amma sırf canlı donorun orqanlarının götürülməsi və qaydalarında qeyd edilməlidir ki, ödənişin aparılması qadağandır . Bundan başqa, belə bir bənd əlavə edilsin ki, canlı donorların sağlamlığının əməliyyatdan sonrakı bərpası və reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin".

Ş.İsmayılova əlavə edib ki, qanun layihəsində gözün buynuz qişasının və digər dəyişikliyə uğramayan toxumaların icazə və vəsiyyət olmadan götürülməsi məsələsi yer alıb.

"Bu, nə dərəcədə düzgündür? Məncə, bu bəndə yenidən diqqət yetirmək lazımdır", - deyə Ş. İsmayılova sonda bildirib.скачать dle 11.3
Mojo.az Banner