Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Prezidentə verilən məktublarda nə yazılıb?

09.03.2019 14:12 3 136
Prezidentə verilən məktublarda nə yazılıb?
Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir.

“Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə Z.Nağdəliyev bildirib.

Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

Son xəbərlər