Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Elmira Süleymanova: Məhkumlar dörd dəfə yeyib-içir, ailələri isə çətinlik çəkir

07.03.2019 15:48 3 888
Elmira Süleymanova: Məhkumlar dörd dəfə yeyib-içir, ailələri isə çətinlik çəkir
Əfvlə bağlı təkliflərim bayramdan bayrama olmur.

Oxu.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova Novruz bayramında gözlənilən əfvlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hər ayın sonu cəzaçəkmə müəssisələrinə baş çəkir:

“Cəzaçəkmə müəssisələrindən, məhkumların ailələrindən gələn bütün təklifləri yekunlaşdırıb, hər ayın sonu Əfv Məsələləri üzrə Komissiyaya göndərirəm. Ombudsmana gələn müraciətlər aylarla, illərlə saxlanılmır”.

Elmira Süleymanova qeyd edib ki, əfvlə bağlı işlər o qədər asan deyil:

“Elə adam var ki, səhvə yol verir və düşüncəsi çatmır ki, gördüyü işin sonu nə ola bilər. Cəzaçəkmə müəssisəsində məhkumlarla görüşümdə deyirəm ki, dərd sizin dərdiniz deyil.

Gündə dörd dəfə yeyirsiniz, içirsiniz. Əsas ailə üzvləriniz çətinlik çəkirlər. Problem təkcə maddi cəhətdən olmur, eyni zamanda, oğlanlar atasız, natamam ailələrdə böyürürlər”.скачать dle 11.3
Mojo.az Banner