Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət Komitəsi Bakıda tikintiyə nəzarəti sərtləşdirib

05.03.2019 21:50 2 713
Dövlət Komitəsi Bakıda tikintiyə nəzarəti sərtləşdirib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2018-ci ildə yerli icra hakimiyyət orqanları tərəfindən ünvanlanmış Bakı şəhəri üzrə çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının 266 şəhərsalma əsaslandırılması layihələrinə baxaraq, müvafiq irad və təkliflərini bildirib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, bunlardan 61 şəhərsalma əsaslandırılması layihəsi Komitənin sərəncamı ilə təsdiqlənib. Başqa sözlə, Bakıda yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi layihələrin 67 faizi təsdiqlənməyib.

Eyni zamanda hesabat dövrü ərzində Komitəyə tikintiyə icazə, xüsusi nişan və istismara icazə ilə bağlı 161 tikinti obyekti üzrə müraciətlər daxil olub. Bunlardan yalnız 9 tikinti obyektinə tikintiyə icazə və 12 tikinti obyektinə xüsusi nişan verilib.

Hesabatda bildirilir ki, ümumilikdə, 2018-ci ildə respublikanın 6 rayonu və paytaxtın 8 rayonunun inzibati ərazisində tikintisinə icazə verilmiş obyektlər üzrə şəhərsalma sənədləri araşdırılıb. Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin bu və ya digər dərəcədə pozulması faktları ilə bağlı, habelə Komitəyə daxil olmuş ərizə, şikayət və məlumatlar əsasında ümumilikdə 965 obyekt üzrə 22 icrası məcburi olan göstəriş tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim edilib.скачать dle 11.3

Son xəbərlər