Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü |
Mojo.az Avto
Mojo.az Avto

"Bizim yeni məhsullarımız insanların ağıllarını başlarından alacaq" - Apple

04.03.2019 21:25 2 625
Keçən həftənin cümə günündə Apple şirkətinin CEO-su Tim Cook Kupertinoda investorlarla görüş keçirdib və həmin görüşdə gələcək Apple məhsulları barəsində fikrilərini bildirib.

Median.Az
Technote-a istinadən bildirir ki, investorların qarşısında çıxışı zamanı Tim Cook Apple şirkətinin bugünki vəziyyəti və gələcəyi barəsində böyük optimistliyə sahib olduğunu bildirib. Bu barədə Gsmarena saytı xəbər verib. Tim Cook-un sözlərinə əsasən Apple şirkəti hal hazırda gələcək məhsullar üçün toxumlar səpməklə məşğuldur və həmin məhsullar insanların ağıllarını başlarından alacaq.

Detallı məlumatlar verməyən Tim Cook qeyd edib ki, şirkət fantastik məhsullar siyahısına sahibdir. Şayiələrə görə şirkət artıq bu il ikinci nəsil AirPods naqilsiz qulaqlıqlarını təqdim edəcək. Həmin qulaqlıqlarda tərtibatçılar səsin ötürülməsi özəlliyini yaxşılaşdıracaqlar və kənar səs-küyün boğulması texnologiyasını reallaşdıracaqlar.

Apple Watch smart saatına gəldikdə isə yaxın gələcəkdə yeni modellərdə istifadəçi sağlamlığının vəziyyətinin təyin olunması üzrə yeni funksiyaların olacağı gözlənilir. Son məlumatlara əsasən şirkət sözügedən smart saat vasitəsilə qandakı qlükoza səviyyəsini ölçməyin yollarını axtarır. Bundan əlavə olaraq Tim Cook Retina ekrana sahib MacBook Air noutbookunun qiymətinin aşağı salmağı planından da danışıb. Həmçinin o əlavə edib ki, 2020-ci ilə kimi şirkət öz servislərindən olan gəlirləri 50 milyard dollara yüksəltməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, yaxın aylar ərzində Apple şirkəti özünün Netflix analoqunu təqdim etməlidir.

Son xəbərlər