Mojo.az Banner
19:01 Avropa Komissarı: "TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər"  |     18:25 Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA  |     17:53 Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR (Video)  |     17:43 Azərbaycanda MƏŞHUR GENERALLAR vəzifədən azad edildilər - FOTO  |     17:33 İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi  |     17:16 Qurban Qurbanov: "İmişli" ilə oyunda vacib qələbə qazandıq"  |     17:06 Sabah yağış qısamüddətli intensivləşəcək - XƏBƏRDARLIQ  |     17:01 Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı  |     16:45 Azərbaycanda polkovnik vəfat etdi  |     16:28 Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ (Yenilənib)  |     16:15 Tanınmış aparıcı televiziya karyerasını bitirdi  |     16:13 Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb  |     15:56 Məşhur "Pitomnik bağı" ləğv edilir? - Rəsmi açıqlama (Video)  |     15:47 Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş (FOTO)  |     15:40 "Azərbaycanda at ətinin satışı qadağan deyil" - Ekspert  |     15:06 Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi  |     14:42 Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - SƏBƏB  |     14:00 ABŞ Ukraynaya 15 milyard dollarlıq silah verəcək  |     13:57 Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın SON DURUMU  |     13:56 Biləsuvarda transformator partlayıb  |    
Left Banner
Right Banner

Ərəb turistlərin sayı azalır, çinli turistlər artır

02.03.2019 20:48 2 907
Ərəb turistlərin sayı azalır, çinli turistlər artır
Azərbaycanda yeni turizm mövsümü başlayır. Amma bu sahədə çalışanların gözləntisi hələ ki, özünü doğrultmayıb. Onlardan biri, Bakının mərkəzində suvenir satan Tərlan Bağırov deyir ki, əsas qazancları ərəb turistlərdən idi. Amma son 3 aydır Bakıya gələn ərəb turistlərin sayı xeyli azalıb:

"Axır zamanlar lap azalıb. İki-üç il əvvəl üzü yaza-yaya doğru çox gəlirdilər. Ailələri ilə birlikdə, bizim üçün də yaxşı olurdu".

Tərlan Bağırov deyir ki, ərəb ölkələrindən olan turistlər digər ölkələrlə müqayisədə daha səxavətli olurlar. Onlarla alverləri yaxşı gedir. İndi bu ölkələrdən gələnlərin azalmağı işlərinə də təsir edib.

Rəsmi statistika da ərəb turistlərin azaldığını göstərir. Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvarına olan statistik məlumatlardan görünür ki, ölkəyə gələn ümumi turistlərin sayı 3 faiz artıb, amma Körfəz ölkələrindən gələnlərin sayı 13 faiz azalıb.

Median.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Komitənin məlumatına görə, bu ilin yanvarında Azərbaycana 143 ölkədən 191 min xarici vətəndaş gəlib. Misir, Pakistan, Türkmənistan, Hindistan, Çin, Cənubi Koreyadan gələnlər artıb. Ərəb ölkələrindən gələnlər isə azalıb. Azərbaycana gələn turistlərin ilk üçlüyünü Gürcüstan, Türkiyə və İran təşkil edir.

Turist kimi qeydə alınanların çoxu vətənə gələnlərdir

Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov fed.az saytına deyib ki, turist kimi qeydə alınanların çoxu öz vətənlərinə ziyarətə gələn azərbaycanlılardır. Onun sözlərinə görə, Azərbaycana real turist axını Körfəz ölkələrindən idi. Lakin yanlış siyasətə görə onlar itirildi.

Dövlət Turizm Agentliyindən bu deyilənlər və turizmlə bağlı digər suallarımıza cavab ala bilmədik.

Bakıda Turizm şirkətlərindən birinin sahibi, turizm üzrə mütəxəssis Rəvan Qulamlı da razılaşır ki, son illər bu sahədə bir xeyli irəliləyiş var. Əsəsən də daha ucuz qiymətlərlə otellərin tapılması, rəqabətli mühit problemi öz həllini tapır. Lakin onun sözlərinə görə Azərbaycan hələ də turizmdə qonşu Gürcüstana uduzur:

"Məsələn, bizim Gürcüstanda əməkdaşlıq etdiyimiz turizm şirkətləri var. Onlar hansısa Avropa İttifaqı ölkələrindən turist dəvət edəndə yol xərci cəmi 100-170 avro olur. Amma Azərbaycanda bu məbləğ 400 avrodan başlayır. Ona görə də bir çox turist məhz Gürcüstanı seçir".

Rəvan Qulamlının fikrincə, turizmi inkişaf etdirmək üçün ilk öncə təyyarə biletləri, otel otaqları sərfəli qiymətə olmalı, viza və digər məsələlər yoluna qoyulmalıdır.
скачать dle 11.3
Mojo.az Banner