Mojo.az Banner
22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb

01.03.2019 19:01 2 878
Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb
Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində Azərbaycan təmsilçisi medal qazanıb.

B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub.

On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.

Birinci yeri 7,5 xalla Ukrayna təmsilçisi Stanislav Boqdanoviç tutub. Gümüş medalı ermənistanlı Tiqran Harutyunyan qazanıb.

Digər şahmatçılarımızdan Vüqar Əsədli doqquzuncu, Aydın Süleymanlı 21-ci, Xanım Balacayeva 82, Read Səmədov 114-cü və Ülviyyə Fətəliyeva 115-ci olub.

Qeyd edək ki, yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov beş xalla qırxıncı, Eltac Səfərli dörd xalla 75-ci yeri tutub. Bu qrupda qalib adını yeddi xalla estoniyalı Kaido Kulaots qazanıb. Ermənistanlı Haik Martirosyan yeddi xalla ikinci, hindistanlı Krişnan Sasikiran 6,5 xalla üçüncü yeri tutub.скачать dle 11.3
Mojo.az Banner