Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Problemli kreditlərlə bağlı məhkəmə işləri geri çəkilir

01.03.2019 11:51 5 293
Problemli kreditlərlə bağlı məhkəmə işləri geri çəkilir
Borc yükünün şərtlərinin yüngülləşdirilməsi 17 min manat və 10 min dollaradək olan problemli kreditləri əhatə edir və bunların borc yükü 900 milyon manata yaxındır. Borc yükünün üzərinə hesablanan faizlər isə 750 milyon manatdır. Toplam indiki vəziyyətə vətəndaşların borc yükü 1 milyard 650 milyon manat təşkil edir.

Bu informasiyaları dünən Azərbaycan Dövlət Teveviziyasına müsahibəsində birinci vitse-prezidentin köməkçiləri Emin Hüseynov, Xalid Əhədov və prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov səsləndirib.

Emin Hüseynov bildirib ki, son tarixə əhali kateqoriyasında 17 min manata qədər olan borcalanlar say etibarilə problemli kreditlərin 99 faizini təşkil edir. 10 min dollaradək olan kreditlər üzrə say isə problemli kreditlərin 95 faizidir.

“Devalvasiyadan insanlar zərər çəkiblər, nəticədə, borcalanların böyük bir hissəsi bu çətinliklə yaşayırdılar. Artıq böyük bir kütlə bu proqramdan bəhrələnir. Devalvasiya və restruktrizasiyadan toplam olaraq 800 minə yaxın insan faydalanacaq”, - deyə E.Hüseynov qeyd edib.

Natiq Əmirovun sözlərinə görə, 750 milyon manatlıq faizdən toplanmış borc yükü tam silinəcək. Eyni zamanda, vətəndaşların bu gün məhkəmələrdə 616 milyon manat həcmində vəsaiti əhatə edən 311 mindən çox işi var. Bu, məhkəmələrə əlavə iş yükü yaradıb və icrasında da çətinlik ortaya çıxır:

“Bəzilərinin əməkhaqlarının tutulması və əmlaklarının satılması böyük maddi və mənəvi yük yaradırdı. Fərman imkan verəcək ki, 311 min iş məhkəmədən geri çəkilsin. Xarici valyutada olan kreditlər manata çevriləcək və bir hissəsi ləğvetmədə olan bankların hesabına, digəri isə dövlətdən ayrılan 682 milyon manat ucuz kreditlər hesabına ödəniləcək. Bu borc yükünün azaldılması isə nəticədə, ciddi iqtisadi təkana imkan verəcək”.

Xalid Əhədov qeyd edib ki, bu fərman öz əhatə dairəsinə və güzəşt şərtləri həcminə görə ən yaxşı şərtlər qoyur. Onun sözlərinə görə, dünya maliyyə böhranının nəticəsində neftin ucuzlaşması ilə bağlı olaraq milli valyutanın devalvasiyaya məruz qalması nəticəsində yaranan bu problemi həll etməklə ölkənin iqtisadi inkişafı sürətlənəcək.скачать dle 11.3
Mojo.az Banner