Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |    
Mojo.az Avto
Mojo.az Avto

Venesuelada tonlarla qızıl yoxa çıxıb

28.02.2019 12:07 1 942
Venesuelada tonlarla qızıl yoxa çıxıb
Venesuelada davam edən siyasi-iqtisadi böhran fonunda ölkənin Mərkəzi Bankının xəzinəsindən azı səkkiz ton qızıl yoxa çıxıb.

Bu barədə “Reuters” hökumətdən olan mənbələrə istinadən məlumat yayıb.

İddiaya görə, qiymətli metallar Mərkəzi Bank sədri Kaliksto Orteqa ölkə xaricində olan gün hökumətə aid xüsusi nəqliyyat vasitəsi ilə naməlum istiqamətdə aparılıb. Hazırda qızılların yeri barədə heç bir məlumat yoxdur. Müxalifət nümayəndələri onların qanunsuz yolla baş ölkəyə satıldığını istisna etmir. Mərkəzi Bank isə bu informasiyanı şərh etməkdən imtina edib.

Bundan əvvəl, fevralın 8-də Türkiyəyə aid “Sardes” şirkətinin Venesueladan Türkiyəyə ümumilikdə 900 milyon dollar dəyərində qızıl idxal etdiyi barədə xəbər yayılmışdı. Qeyd olunur ki, şirkət 2017-ci ilin dekabr ayında, Venesuela liderinin Ankarada keçirdiyi görüşlərdən sonra yaranıb.

Son xəbərlər