Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

XİN sözçüsü: "Riçard Hoqland danışıqların detallarından xəbərsizdir"

25.02.2019 23:06 2 030
XİN sözçüsü:
"Riçard Hoqland münaqişənin həlli üzrə danışıqlardan artıq bir müddətdir ki, uzaqdır və aparılan son danışıqların detallarından xəbəri yoxdur".

Median.Az
ONA-ya istinadən xəbər verir ki, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın "Amerikanın Səsi"nə müsahibəsinə münasibət bildirərkən deyib. XİN sözçüsü bildirib ki, müsahibəyə bu baxımdan yanaşmaq lazımdır: "Onun verdiyi şərhlər, böyük ehtimalla, bölgəyə, xüsusilə də Ermənistana sülh və tərəqqinin gətirilməsində maraqlı olmayanların şəxsi fikirlərinə əsaslanır. Çox təəssüf ki, bu insanlar müxtəlif səbəblərdən bölgəni xaos və qeyri-müəyyənliyə sürükləməyə çalışırlar. Qeyd etmək istərdik ki, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da qeyd edildiyi kimi, hər iki əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinə dair razılıq mövcuddur".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlardan çəkinməlidir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland deyib: "Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından sonra münaqişənin həllində müsbət irəliləyiş olacaq".

Onun fikrincə, ətraf rayonların qaytarılması münaqişə tərəflərini münaqişənin həllinə diqqətini daha da artıracaq: "Tərəflərdən biri bu ərazilərə nəzarət etməkdə davam edərkən, bu məsələ haqda son qərar qəbul etməlidir. Əgər bu məsələ həll olunarsa, bu, müsbət inkişafa yol açacaq".скачать dle 11.3

Son xəbərlər