Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Naibə Allahverdiyeva: Həkimlərin səhvinə görə ölə bilərdim - VİDEO

25.02.2019 20:53 4 376
Naibə Allahverdiyeva: Həkimlərin səhvinə görə ölə bilərdim - VİDEO
Xalq artisti Naibə Allahverdiyevanın halı qəfildən pisləşib.

Bu barədə Oxu.Az-a açıqlamasında N.Allahverdiyeva özü məlumat verib. O, immunitetini gücləndirmək məqsədilə xəstəxanada tibbi yardım aldığını, bundan sonra halının lap pisləşdiyini deyib.

“Narahatlığım qulağımda səslərin olması idi. Təzyiqim gah qalxırdı, gah da enirdi. İmmunitetimi gücləndirmək üçün müalicəyə ehtiyac var idi. Bu səbəbdən klinikaya üz tutdum. Həkimlər intrevenöz (sistem) dərmanlar vurdular. Onlar isə mənə əks təsir göstərdi. Bir neçə saatlıq müalicədən sonra evə gəldim.

Evə gələr-gəlməz vəziyyətim qəflətən pisləşdi. Klinikada həkimlər səhvlərini boyunlarına almırlar. Həkim tibb bacısının, tibb bacısı da həkimin boynuna atır. Özümə gəldikdən sonra bunun üstünə düşüb, araşdırma aparacağam ki, kimin səhvidir.

Biri deyir, reaksiya gedib bədənində, biri deyir, düz vurmayıblar iynəni, biri deyir, bir iynənin içində olan dərman digərinə qatılıb daha sonra vurulmalı idi. Səhhətimin getdikcə daha da pis olduğunu gördükdə, təcili yardım çağırdım.

Məni Toksikologiya Mərkəzinə apardılar. Orada mənə müxtəlif dərmanlar, iynələr vurdular. Çünki belə olduğu zaman insan komaya düşüb, ölə bilər. Sağ olsun həkimlər, mən sanki yenidən doğuldum. İndi çox zəifəm. Özümü hazırda halsız hiss edirəm. Ağrılar var bədənimdə. Bu ağrılar heç vaxt yox idi”.скачать dle 11.3
Mojo.az Banner