Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İlk brauzer yenidən istifadəyə verildi

23.02.2019 23:00 2 526
İlk brauzer yenidən istifadəyə verildi
İsveçrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) tədqiqatçılar qrupu “WorldWideWeb” adlı dünyanın ilk brauzerini yenidən istifadəyə verib.

Median.Az
“ICTnews”a isinadən xəbər verir ki, 1990-cı ildə internet yaradıcısı Tim Berners-Li tərəfindən “CERN” əməkdaşları üçün hazırlanan proqram “NeXTSTEP” platforması üzərində işləyib. İndi isə istənilən şəxs müasir internetə 1990-cı illərin prizmasından baxa bilər.

Məlumata görə, mərkəz mütəxəssislərinin səyi nəticəsində hazırda dünyanın ilk “WorldWideWeb” internet brauzerindən brauzer vasitəsilə yararlanmaq mümkündür. Bu, 1990-cı illərin proqramlarını, o cümlədən “NeXT” kompüterinin şriftlərini tam təkrarlayan onlayn simulyatordur. Mütəxəssislərin sözlərinə görə, layihə 5 gün ərzində yaradılıb.

Bildirilir ki, “WorldWideWeb” brauzeri yaranan zaman internetdə multimedia kontentinin mövcud olmaması ilə əlaqədar olaraq brauzerin səhifələrində yalnız mətnlər göstərilir. İnterfeys və mətn monoxromdur: “NeXT” kompüteri həmin dövrdə rəngli monitorları dəstəkləməyib.

“WorldWideWeb” brauzerində adi ünvan sətrinin mövcud olmamasına görə sayta keçid almaq üçün “Document” menyusuna daxil olaraq “Open from full document reference” bəndini seçmək tələb olunur. Burada ünvanı yazaraq “Open” üzərinə vurmaq lazımdır. Səhifədə ünvanların açılması üçün onların üzərinə iki dəfə basılır.

Son xəbərlər