Mojo.az Banner
20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bibisini qəbiristanlıqda öldürən: Qardaşımın məzarı üstündə araq içdim

23.02.2019 18:10 1 919
Bibisini qəbiristanlıqda öldürən: Qardaşımın məzarı üstündə araq içdim
Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlandığı elan olunub.

Hakim M.Migirovun istintaqa verdiyi ifadəsini elan edib. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl həmyerlisi Ramin adlı şəxsdən onu Qubanın Slaboda qəsəbəsinin qəbiristanlığına aparmasını istəyib:

“Raminin maşını ilə gedəndə ondan yolüstü mağazada saxlamasını xahiş etdim. Mağazadan araq aldım. Ramim məni qəbiristanlığa aparandan sonra onun getməsini istədim. Orada təzə rəhmətə getmiş qardaşımın məzarının üzərində araq süzüb, içdim. Sonra Raminə zəng elədim, gəlib məni apardı”.

M.Migirov deyib ki, növbəti dəfə də Ramin adlı həmyerlisi onu qəbiristanlığa aparıb, qardaşının məzarının üzərində araq içib:

“Oradan evə qayıdanda Ramindən xahiş elədim ki, məni bibim Şuşan Sumxayevanın evinə aparsın. Çünki bibim də rəhmətə getmiş yaxınlarını yad etmək istəyirdi. Bibimi evdən götürüb, qəbiristanlığa apardım. Qardaşımın məzarının yanında olan zaman halım pisləşdi, özümdə olmadım, yerə yıxıldım. Bir də ayıdım ki, başımın üzərində polislər dayanıb. Bibim Şuşan da yerdə qan içərisində uzanıb. Onun üzərində olan paltarları cırıq-cırıq idi. Sonra polislər məni həbs etdi”.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, cinayət işində rəy vermiş Məhkəmə-Tibbi Ekspertizanın ekpertinin məhkəməyə dəvət edilməsini istəyib.

Vəsatət təmin olunub.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb. Quba rayon Polis şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.скачать dle 11.3
Mojo.az Banner