Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Damladan intim video haqqında: "Başıma bu oyunu açanı Allaha həvalə edirəm"

22.02.2019 15:11 5 124
Damladan intim video haqqında:
Sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim video yayılıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, günlərdir "Whatsapp" qruplarında yayılaraq geniş müzakirələrə çevrilən görüntülərdəki xanımın Damla olduğu deyilir.

Mövzu ilə bağlı sənətçinin meneceri ictimaiyyətə açıqlama yayıb. O, sözügedən kadrların müğənniyə aid olmadığını bilirib:

"Hörmətli media nümayəndələri, nə mən, nə də Damla xanım Azərbaycandan köçüb. Zəng edib soruşmaq, aydınlaşdırmaq olardı. Bu videodakı Damla deyil. O qıza diqqətlə baxın. Videoda xanım xarici dildə nələrsə danışır. Damla heç vaxt elə kilolu olmayıb, dişlərinə diqqət edin.

Damla xanımın dişləri burun əməliyyatından sonra, yəni 30.05.2018 - ci il tarixində vinir olub və o, əməliyyatdan öncə az kilolu olub. Amma qızın burnu və dişləri göz önündədir. Damla xanımın heç zaman saçları "kare" və qısa ölçülü olmayıb. Qulaq və üz forması, bədəni, görünüşü də göz önündədir. Xalqın sənətçisini, milyonların sevilən müğənnisini, Azərbaycan qadınını və ən başlıcası ana olan bir qadını belə şərəfsizcə əzməyə çalışmaq olmaz! Mübarizəniz varsa, kişi kimi aparın, şər-böhtanla yox".

Damla da qafqazinfo-ya açıqlama verərək videodakı xanımın o olmadığını qeyd edib:

"Mən nə edə bilərəm? Haqqımda yalan məlumatlar yayılıb. Bir, iki deyil, bu boyda telefonlardan, insanların əlindən həmin görüntüləri necə yığışdıra bilərəm? Mən deyiləm, burada nə günahım var? Başıma bu oyunu açanı Allaha həvalə edirəm. Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam".

Damlanın menecerinin yaydığı açıqlamadan sonra şou-biznes üzvləri də sənətçiyə dəstək olub. Onlardan Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, Emil Bədəlov, Türkan Vəlizadə, Vüsalə Əlizadə, Lamiyə Ələkbərova, Sevil - Sevinc Səfərova və başqaları sosial şəbəkədə ifaçıya dəstək olublar.скачать dle 11.3
Mojo.az Banner