Mojo.az Banner
20:18 Müştəri kimi aptekə daxil olub oğurluq edən şəxs saxlanıldı  |     20:14 Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR (FOTO)  |     20:01 445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq  |     19:54 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq  |     19:34 Bakıda 5 avtomobildən oğurluq edildi  |     19:28 TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - (FOTO / VİDEO)  |     19:15 Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı  |     18:38 Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR  |     18:31 Bibiheybət yolunda təmir-bərpa işləri yekunlaşdırıldı  |     18:17 Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşacaq  |     18:16 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:57 Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular  |     17:28 İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM  |     17:26 Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib  |     17:24 Azərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI  |     17:00 Sabah 21 dərəcə isti olacaq  |     16:57 İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub  |     16:54 Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək  |     16:53 Ərini öldürən qadına və sevgilisinə AĞIR CƏZA  |     16:52 İlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb  |    
Left Banner
Right Banner

Brilliant Dadaşova gündəm olan videosundan danışıb SİRLƏRİ AÇDI: “İllər əvvəl bir məmur...”

21.02.2019 23:59 3 253
Brilliant Dadaşova gündəm olan videosundan danışıb SİRLƏRİ AÇDI: “İllər əvvəl bir məmur...”
"Kaş ki, oriental rəqs oynaya bilərdim, özümü çox xoşbəxt hiss edərdim. Ərəb rəqslərini ifa etmək üçün istedad tələb olunur, mən o istedada malik deyiləm. Amma tamaşaçıların xətrinə peşəkar rəqqasədən dərs alıb öyrənəcəm və oynayacam. Hər halda bu rəqsi öyrənmək asan iş deyil".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova Publika.az-a danışarkən deyib. Sənətçi bu yaxınlarda sosial şəbəkədə paylaşdığı və müzakirələrə səbəb olan ərəbsayağı rəqs görüntülərinə aydınlıq gətirib. O, bildirib ki, rəqs etmək ayıb yox, Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsidir.

- Brilliant xanım, özünüzü aktrisa kimi sınamaq istərdinizmi? Ümumiyyətlə, həyat və yaradıcılığınızdan bəhs edən sənədli və ya bioqraqfik film çəkilməsinə necə baxırsınız?

- Bu barədə Hüseyn Cavadzadə ilə ("Caspian Media Group"un yaradıcısı) çox danışmışıq. O, çox istedadlı insandır, gördüyü bütün işlər uğurlu alınır. Çünki onun ölçü meyarı çox yüksəkdir, həmişə çalışır ki, qarşısına qoyduğu hədəflərin öhdəsindən layiqli şəkildə gəlsin. Hələ ki, planda belə fikir yoxdur. Ola bilsin ki, gələcəkdə sənədli və ya bioqraqfik film olsun.

Əslində özümü aktrisa kimi sınamaq fikirlərim olmayıb. İllər əvvəl Vaqif Mustafayevin dəvəti ilə rəhmətlik Xalq artisti Yaşar Nuri ilə epizodik rolda çəkilmişdim. Ondan sonra bir neçə dəfə təklif gəlib, lakin ssenarini bəyənmədim, mənə zidd idi, özünü idarə edə bilməyən, əyyaş qadın obrazı idi. Deyə bilərsiniz ki, konservativ düşünürəm, hər halda çərçivələrimlə uzlaşmırdı.

Rus Dram Teatrında 2 gün “O şirin ulduzlu həyat” adlı tamaşamasında oynamışam. Amma tamaşa fərqlidir, xüsusilə səhnədə peşəkar artistlərlə birlikdə çıxış edirsənsə... Aktyorluğu bacardığımı o qədər də düşünmürəm.

- Son illərdə müasir ifaçıların mahnılarında fars, ərəb, hind ritmləri üstünlük təşkil edir. Buna münasibətiniz necədir?

- Həmişə deyirəm ki, estrada mahnılarımız yaxşı vəziyyətdə deyil. Bəzən xanəndələrin də ifalarında muğama qulaq asanda fikirləşirsən ki, onların oxuduğu muğamdırsa, bəs Hacıbaba Hüseynov və ya Ağaxan Abdullayev nə oxuyurdu. Bu halda çox düşündürücü vəziyyət yaranır. Estrada mahnılarına gəldikdə, bu gün Azərbaycan ladlarından və ritmlərdən başqa fars, ərəb, türk, hind musiqi janrı geniş istifadə olunur.

- Brilliant xanım, ərəbsayağı rəqs videonuz sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

- Kaş ki, oriental rəqs oynaya biləydim, özümü çox xoşbəxt hiss edərdim. Birincisi, ərəb rəqslərini ifa etmək üçün istedad tələb olunur, mən o istedada malik deyiləm. Amma tamaşaçıların xətrinə peşəkar rəqqasədən dərs alıb öyrənəcəm və oynayacam. Hər halda, bu rəqsi öyrənmək asan iş deyil. İkincisi isə bu, qadınların bədən quruluşunu formada saxlamaq üçün çox effektiv və faydalıdır.

Aristokrat ailədə böyümüşəm. Nəslimizdə oynamaq ayıb sayılmayıb, nənəm də, babam da rəqs etməyi sevən insanlar olub, kənd təfəkküründən uzaq olublar. Bizdə ikiüzlülük, ev yıxmaq, əyyaşlıq, tərbiyəsizlik və s. kimi daha ciddi məsələlər ayıb sayılıb. Rəqs bizim üçün böyük bir mədəniyyətdir, incəsənətin bir növüdür.

İllər əvvəl bir məmur öz çıxışında demişdi ki, əsl azərbaycanlı kəpənək-qalstuk taxmaz. Halbuki bizdə nənəmin babasının şəkilləri var, həmin şəkillərdə nənəmin babası boynuna kəpənək taxıb. Bu da onu göstərir ki, bizdə mədəniyyət, səviyyə və tərbiyə də olub. İndi hansısa qüvvələr onları aşağı salmaq istəyir, bu da onların öz vicdanına qalsın.

- Müğənniyə toyda şabaş verilməsinə, hər kəsin gözü qarşısında əlinə pul verilməsinə münasibətiniz necədir?

- Bu, tamaşaçının öz səviyyəsi ilə bağlıdır. Elə müğənnilərimiz olub ki, onlara səhnədə bahalı zinət əşyası hədiyyə edilib. Sözsüz ki, hədiyyə də nəzakət və etika qaydalarını tapdamamaq şərti ilə ifaçıya hörmət əlaməti olaraq təmiz ürək və saf niyyətlə verilməlidir.

скачать dle 11.3
Mojo.az Banner