Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qız sərxoş atasını bıçaqladı

21.02.2019 19:20 2 438
Bakıda qız sərxoş atasını bıçaqladı
Bakıda yaşayan gənc qız atasını bıçaqlayıb.

Bununla bağlı “Sputnik Azərbaycan” Səbail rayon Polis İdarəsinə istinadən məlumat yayıb.

Hadisə fevralın 20-də gecə saatlarında Bakının Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib.

49 yaşlı Hüseynov İlham Şəhaddin oğlu ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Şübhəli şəxs rayonun 12-ci polis bölməsi tərəfindən saxlanılıb.

Dindirilmə zamanı qız əməlini etiraf edərək, deyib ki, atasını öldürmək niyyəti olmayıb, ancaq buna vadar edilib. İş burasındadır ki, İ.Hüseynov daim sərxoşluq edib və nizamsız həyat tərzi sürüb. Ailə başçısı evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb.

Bu ssenari fevralın 20-də də təkrarlanıb. Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç dəfə zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner