Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin “Haber Global” telekanalı Xocalı həqiqətlərindən danışacaq - VİDEO

21.02.2019 11:29 5 044
Türkiyənin “Haber Global” telekanalı Xocalı həqiqətlərindən danışacaq - VİDEO
Türkiyənin “Haber Global” telekanalı Xocalı soyqırımı ilə bağlı sənədli film hazırlayıb.

Filmdə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan hərbi birləşmələrinin törətdiyi soyqırımla bağlı məlumatlar verilir.

Sənədli filmdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş XX əsrin ən böyük cinayətlərindən biri olan bu faciə haqqında geniş bəhs edilib, eləcə də, faciə şahidlərinin insanlığa yönəlmiş qanlı cinayət barədə fikirlərinə yer verilib.

Filmdə qeyd edilir ki, əsir düşənlərin məruz qaldığı işgəncələr tarixin utanc siyahısını da utandıracaq növdəndir.

Qeyd olunur ki, soyqırım zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla, 613 nəfər şəhid olub, daha 478 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. 150 nəfərin taleyi hələ də naməlumdur.

Şahidlərin dilindən hazırlanan “Bir İnsanlıq Utancı, Hocalı Soykırımı” adlı sənədli film fevralın 26-da Türkiyə vaxtı ilə 12:30 və 20:30-da (Bakı vaxtı ilə 13:30 və 21:30 – red.) “Haber Global” telekanalında yayımlanacaq.

Son xəbərlər