Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?

19.02.2019 23:21 2 027
Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
Paytaxtın Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki işıqforun fəaliyyət rejimi sürücüləri kifayət qədər narahat edir. Bir istiqamətə 90 saniyə qırmızı işıq yanması nəqliyyatın hərəkətində sıxlıq yaradır ki, bu da hərəkətin tənzimlənməsinin düzgün təyin edilmədiyinə dəlalət edir. Bəs bu problemi necə həll etmək olar? Hansı alternativ variantların tətbiq edilməsi zəruridir?

Median.Az
oxu.az-a istinadən bildirir ki, nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin haqlı narazılıq etdiyini vurğulayıb.

Onun sözlərinə görə, sözügedən küçələrin kəsişməsində paralellik aparılmayıb:

"Yusif Səfərov küçəsini şəhərdən çıxış nöqtəsi kimi götürsək, Heydər Əliyev və Babək prospektlərinə çıxış var. Amma Afiyəddin Cəlilov küçəsi ilə gələn sürücülər üzü şəhər istiqamətinə gedir. İrəlidən isə Üzeyir Hacbəyov, Səməd Vurğun küçələrinə doğru yollar ayrılır.

Yəni, burada Y.Səfərov küçəsinə 80-90 saniyə qırmızı işıq verib, A.Cəlilov küçəsini 20-25 saniyə yaşıl işıqla təmin etmək düzgün deyil. Belə olan halda nəqliyyat axını düzgün tənzimlənmir. Mənə elə gəlir ki, bu yolda yaranan problemi aradan qaldırmaq üçün yeraltı tunel açmaq olar. Eyni zamanda, Nobel prospektindən Y.Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələrinə mane olmadan A.Cəlilov küçəsi ilə gəlib Y.Səfərov küçəsinə dönən nəqliyyat vasitələri üçün sağ zolaqdan daimi hərəkət təmin etmək mümkündür.


Dediyim vəziyyət paytaxtın H.Əliyev küçəsindən üzü Atatürk prospektinə gedən yolda müşahidə edilir. Fikir versəniz, bu istiqamətdə körpünün sağ tərəfində bir zolaq daim işlək vəziyyətdədir. Üzü Ayna Sultanova istiqamətində daimi hərəkəti təmin edən zolaq var və bu, digər nəqliyyat vasitələrinin hərkətinə heç bir maneə yaratmır. Digər istiqamətə gedən sürücülər isə H.Əliyev küçəsi ilə tunelə daxil olaraq yolu davam etdirə bilirlər.

Bu sistemi A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində istifadə etmək olar. Burda yarana biləcək bir çətinlik var ki, Y.Səfərov küçəsindən şəhər istiqamətinə gələn nəqliyyat vasitələrinin hərəkətində xaos yarana bilər. Çünki bəzi sürücülər Y.Səfərov küçəsi ilə gəlib Nobel prospektinə dönmək üçün məcburən "Megafun"ın yanından geriyə dönmə əməliyyatı aparırlar. Bu problemi həll etmək üçün sürücülərə hər hansı alternativ istiqamət yaratmaq olar. Sürücülər Cavanşir körpüsü üzərinə çıxaraq hərəkətə davam etsələr heç bir sıxlıq yaranmaz deyə düşünürəm. Ümumilikdə bu istiqamətdə görülməsi gərəkən işlər çoxdur. Körpüdənsə daha yaxşı olar ki, yeraltı tunel açılsın".скачать dle 11.3

Son xəbərlər