Mojo.az Banner
22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yığılan vergi daha çox bu sahəyə xərclənir - Nazir açıqladı

18.02.2019 13:47 5 849
Yığılan vergi daha çox bu sahəyə xərclənir - Nazir açıqladı
Azərbaycanda yığılan verginin böyük bir hissəsi sosial sahəyə xərclənir. Buna görə də hesabatlılıq mühüm əhəmiyyət daşıyır.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, vergi ödəyiciləri ödədikləri vəsaitin necə xərcləndiyini görməlidir, bu məqsədlə hesabatlılıq yüksək olmalıdır.

“Təbii ki, hər bir vergi ödəyicisinin qarşısında tam şəffaf məlumatlar olmalıdır. Bu məqsədlə korrupsiya hallarının qarşısının alınması, vətəndaş-məmur təmasının azaldılması üçün addımlar atırıq. Yeni yaradılacaq “DOST” Mərkəzi maksimum elektronlaşmış şəkildə olacaq və regionlar da daxil olmaqla, 31 "DOST" Mərkəzi yaradılacaq. E-sosial portalında Azərbaycanda bütün məşğul əhalinin şəxsi kabineti var və burada ödənilən bütün vəsaitlər barədə məlumatlar öz əksini tapır”.

Nazir vurğulayıb ki, minimum əməkhaqqının, pensiyaların artırılması və digər sosial qərarlarla bağlı Azərbaycan dövləti büdcədən əlavə 500 milyon manat ayırıb və məşğulluq strategiyası, yeni qanun, işsizlik sığortası haqqında qanunvericiliyin dəyişməsi baş verib.

O bildirib ki, “İşsizin dostu” layihəsi çərçivəsində 26 min nəfər ödənişli ictimai işlərə cəlb edilib, eyni zamanda, özünüməşğulluq proqramı ilə 5 min 800 mikrobiznes yaradılıb.скачать dle 11.3
Mojo.az Banner