Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb - FOTO

18.02.2019 11:47 5 439
SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb - FOTO
Astanada SOCAR və Qazaxıstanın milli şirkəti “KazMunayQaz” (KMQ) arasında müqavilə imzalanıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Tərəflər arasında imzalanan memorandum “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıda modernləşdirilməsini və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinə cəlb olunmasını nəzərdə tutur.

Memorandum Qazaxıstanın “KMG Drilling & Services” şirkətinin baş direktoru Andar Şukputov və “Caspian Drilling Company Ltd” şirkətinin baş direktoru Fərid Axundov tərəfindən imzalanıb.

İmzalanma mərasimində “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Tərəflər arasında görüşdə neft-qaz sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.

“Sətti” üzən qazma qurğusunun modernləşdirilməsi altı min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək. Qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunarkən bu prosesdə qazaxıstanlı mütəxəssislər də iştirak edəcək və texniki dəstək göstərəcəklər.

Qeyd edək ki, cari ilin yanvarında Bakıda Azərbaycanın SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkətləri anlaşma memorandumu imzalayıblar.









Son xəbərlər