Mojo.az — elanlar
Son Xəbərlər
19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər

15.02.2019 21:20 2 212
“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər
ABŞ-ın Federal Ticarət Komissiyası sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının sızmasına görə çoxmilyardlı cərimə ilə bağlı "Facebook"la danışıqlar aparır.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, tərəflər son məbləğin müzakirəsini aparır. Danışıqlar daşa dirənsə, Ticarət Komissiyası işi məhkəməyə aparacaq.

Bu, Ticarət Komissiyasının indiyə kimi hər hansı texnologiya şirkətinə kəsdiyi ən iri məbləğli cəriməyə çevrilə bilər. Nəşrin məlumatına əsasən, bundan əvvəl ən iri məbləğdə cəriməni "Google" şirkəti 2012-ci ildə ödəyib - 22,5 milyon dollar.

"Facebook" şirkətinin rəsmisi danışıqlarda iştirak etdiklərini təsdiqləsə də, təfərrüata varmaqdan imtina edib.

Xatırladaq ki, Federal Ticarət Komissiyası 2018-ci ilin mart ayında 87 milyona yaxın sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının Donald Trampın seçki kampaniyası ilə əməkdaşlıq etmiş "Cambridge Analytica" analitik şikətinə ötürülməsi ilə əlaqədar "Facebook"a qarşı istintaqa başlamışdı.

Şirkət həmin məlumatlar əsasında seçicilərin siyasi seçimlərini araşdırıb və onlara öz maraq dairələrində olan reklamları göstərib.

Son xəbərlər