Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Şıxlinskayaya vurulan ziyan ödənildi

12.02.2019 14:27 3 709
Leyla Şıxlinskayaya vurulan ziyan ödənildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, L.Şıxlinskayaya vurulan ziyan - 56 min manat ödənilib.

Bu pul məhkəmənin depozit hesabına köçürülüb. Sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, prokuror Şəhla Abbasovanın doqquz il, Yelena Abdullayevanın iki il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə beş il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmənin iclas zalında həbs olunmasını istəyib.

Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.

Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.
//oxu.azскачать dle 11.3

Son xəbərlər