Mojo.az Banner
19:39 "Port Baku"da ev yanır - VİDEO  |     19:36 Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı  |     19:34 Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək  |     19:11 Alı Alıyev özünə yeni köməkçi təyin etdi  |     18:50 Son bir həftədə təbiətə 228 min ziyan vuruldu  |     18:33 Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi  |     18:32 "Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     18:21 "Bank BTB"nin lisenziyası ləğv edildi  |     18:10 Azərbaycanın U-18 yığması Avropa çempionatının B Divizionunda növbəti matçını keçirib  |     18:04 ƏƏSMN-in xidməti maşınlarının sayı artırıldı - ƏMR  |     17:54 Qazini cərəyan vurub öldürdü  |     17:49 Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı  |     17:43 Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?  |     17:30 150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb  |     17:27 Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu  |     17:22 Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?  |     17:20 "Malaysia Airlines"ın pilotu İndoneziyada narkotiklə saxlanılıb: Onu ölüm cəzası gözləyir  |     15:04 Fars körfəzindən fasiləsiz tədarük neftin qiymətinə necə təsir edir?  |     14:06 Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir  |     13:56 Temperatur yenidən yüksəlir: sabah isti olacaq  |    
Left Banner
Right Banner

Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb?

05.02.2019 12:26 2 244
Maliyyə Bazarlarına Nəzarət Palatasından hansı səlahiyyətlər alınıb?
Maliyyə Bazarlarına Nəzarət Palatasının bəzi səlahiyyətləri alınıb.

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli fərmanlarında və 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliklərə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi səlahiyyəti geri alınıb. Bu, müstəqil olaraq “Maliyyə Monitorinqi Xidməti”nə verilib.

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”ndan “lombardlara” sözü çıxarılıb.

Maliyyə sahəsində tanınmış ekspert Samir Əliyevin Oxu.Az-a verdiyi açıqlamaya görə, Maliyyə Monitorinq Xidmətinin müstəqil quruma çevrilməsinin Palatanın fəaliyyətinə bağlılığı yoxdur. Nəticə olaraq Palatanın səlahiyyətləri azaldılıb. Addıma səbəb beynəlxalq təşkilatların, bir az da konkretləşdirsək, Eqmont Qrupunun tələbidir. Bu qurum çirkli pulların yuyulmasının qarşısını almaq üçün tədbirlər görür.

Tələblərdən biri bu idi ki, Azərbaycanda müstəqil fəaliyyət göstərən maliyyə kəşfiyyat qurumu yaradılmalıdır. Azərbaycan hökuməti Maliyyə Monitorinq Mərkəzini (MMX) yaradıb və o zaman bu qurum Mərkəzi Bankın tabeliyində işə başlayıb. Azərbaycan 2009-cu ildə üzvlüklə bağlı Eqmont Qrupuna müraciət edib və 2011-ci ildə Qrupa tamhüquqlu üzv seçilib.

Qrupun əsas tələblərindən biri bu idi ki, maliyyə kəşfiyyatını həyata keçirən müstəqil olmalı və hansısa qrupa tabe olmamalıdır. Azərbaycandakı MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Prezident sərəncamı da məhz bu problemi aradan qaldırmağa yönəlib.

Məlumat üçün bildirək ki, Azərbaycan yenidən həmin quruma üzv olmaq üçün müraciət edib və 2018-ci ilin sonuna yaxın öz statusunu bərpa edib.

Məlumat üçün bildirək ki, Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin Maliyyə Kəşfiyyat Bölmələri (Financial Intelligence Units) tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulub və hazırda 155 dövlətin maliyyə monitorinqi orqanları “Egmont” qrupunun üzvüdür.скачать dle 11.3
Mojo.az Banner