Mojo.az Banner
23:06 Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu  |     22:58 Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu  |     22:50 Gəncədə dörd avtomobil toqquşdu: Yaralananlar var  |     22:43 Alimlər ən təhlükəsiz spirti açıqladı - Amma vacib bir məqam var  |     22:37 İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vuruldu  |     22:30 Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - Video  |     22:25 Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - Video  |     22:18 Goranboyda avtomobil piyadanı vuraraq öldürüb  |     22:13 Bakıda qanlı hadisə: Qardaş qardaşı ov tüfəngi ilə öldürdü  |     22:02 "Formula-1"in qalibinə şampan şüşəsi verilmədi  |     21:56 Azərbaycanda şəkər istehsalında ciddi artım qeydə alınıb  |     21:49 Ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat edib  |     21:44 Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş...  |     21:36 Bir gündə bu qədər silah-sursat aşkarlandı  |     21:30 Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama  |     21:22 Mayda 14 gün iş olmayacaq  |     21:17 Oğlu tərəfindən öldürülən qadın müəllim olub - FOTO  |     21:09 Bağlanmış bankların əmlakları satışa çıxarılır  |     21:01 Sabahın hava proqnozu açıqlandı  |     20:54 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi  |    
Left Banner
Right Banner

Vergilər Nazirliyi Cahangir Hacıyevə qarşı mülki iddia qaldırdı - 1,6 milyonluq

04.02.2019 13:49 1 536
Vergilər Nazirliyi Cahangir Hacıyevə qarşı mülki iddia qaldırdı - 1,6 milyonluq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az
Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən C.Hacıyevin hüquqlarını müdafiə etmək üçün daha bir vəkil -Fəxrəddin Mehdiyev qoşulub.

Hakim bildirib ki, zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC, mülki iddiaçı qismində isə "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı ilə Vergilər Nazirliyi tanınıb.

Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdıqlarını elan edib. O, həmin pulun C.Hacıyevdən tutulub, dövlətin büdcəsinə köçürülməsini istəyib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib, lakin iclasda fasilə yaranıb.

Məhkəmə iclası günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.скачать dle 11.3
Mojo.az Banner