Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı klub rəhbəri otelə 88 min "atdı"

29.01.2019 19:20 2 330
Azərbaycanlı klub rəhbəri otelə 88 min
Türkiyənin II Liqa təmsilçisi "Darıca Gənclərbirliyi" pis günlər yaşayır. Hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun azərbaycanlı prezidenti Rauf İsmayılova etiraz edib, ağır söyüşlər yağdırmışdılar.

Fanatlar "Rauf, artıq yetər, çemodanını götür, cəhənnəm ol!", "Bu klub darıcalılarındır", "Hardasan, Allah bəlanı versin", "Kimsə bizim şanlı tariximizi məhv edə bilməz" kimi şüarlar səsləndiriblər. Azarkeşlərin etirazlarında uğursuz nəticələrdən çox maliyyə problemləri, daha doğrusu komandanın Antalya toplanışında məskunlaşdığı oteldən qovulması böyük rol oynayıb.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı "Kervansaray Otel"dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəflərə klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. "Sarı-yaşıllar"ın toplanış çərçivəsində №Amedspor"la planlaşdırılan yoxlama oyunu da keçirilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri bir daha hiddətlənib. Buna görə də fanatlar bir müddətdir ki, Rauf İsmayılovu istefaya çağırır.

Rusiyada "Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur. (futbolpress.az).скачать dle 11.3
Mojo.az Banner