Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN rəsmisi: Baş inspektor həbs olunub

29.01.2019 18:19 2 780
DİN rəsmisi: Baş inspektor həbs olunub
Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov vəzifəsində azad edilib.

Bu barədə oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, Ş.Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub.

“Nazirliyin nüfuzuna və polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə Şahin Əhmədov daxili işlər orqanlarında tutduğu vəzifəsindən və daxili işlər orqanlarında xidmətdən azad olunub. Faktla bağlı araşdırma müddətində toplanan materiallar isə hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə O.Mansurzadə qeyd edib.

DİN rəsmisi nazirliyin 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

“Yayılan məlumatlar şişirdilmiş və əsassızdır”, - deyə o vurğulayıb.

Son xəbərlər